Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“ADY Konteyner”: "Orta Dəhlizlə konteyner yükdaşımaları 45 % artıb"

Baxış: 270


“ADY Konteyner”: Orta Dəhlizlə konteyner yükdaşımaları 45 % artıb
Bu ilin yanvar-oktyabr aylarında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə konteyner yük daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə 45 % artıb.
"Sahibkartv.az" "Azərbaycan Dəmir Yolları" QSC-nin törəməsi - "ADY Konteyner" MMC-yə istinadən xəbər verir ki, bunu şirkətin direktoru Natiq Cəfərov Türkiyənin İstanbul şəhərində keçirilən 17-ci “Logitrans-2022” Beynəlxalq Nəqliyyat və Logistika Sərgisi çərçivəsində keçirilən toplantıda bildirib. 
"ADY Konteyner" Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvlərindən biridir. 
N.Cəfərov Orta dəhlizlə daşımaların dinamikasını əks etdirən təqdimatla çıxış edib. O, bildirib ki, yeni geosiyasi vəziyyətdə ölkəmiz Çin-Avropa və əks istiqamətdə nəqliyyat bağlantısının gücləndirilməsində rolunu artırıb, bu marşrut üzrə yüklərin daşınması prosesində davamlılığın təmin olunmasında əsas iştirakçılardan birinə çevrilib. 
Toplantıda marşrutun imkanlarının genişləndirilməsi müzakirə edilib, Xəzər dənizindən keçən hissədə nəqliyyat bağlantısının gücləndirilməsi məqsədilə təşkil edilən fider xidmətlərinin önəmi vurğulanıb.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.