Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Deputat: “Gələcəkdə ərzaq təhlükəsizliyinə çəkilən xərclər azalacaq”

Baxış: 255


Elnur Allahverdiyev 
“Azərbaycanda işğaldan azad edilmiş ərazilərin aqrar potensialından istifadə edilməsi gələcəkdə ərzaq təhlükəsizliyinə çəkilən xərcləri azaldacaq”.
“Sahibkartv.az” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Elnur Allahverdiyev deyib.
“Gələn il ərzaq təhlükəsizliyi üçün 625 milyon manat, ümumilikdə kənd təsərrüfatına isə 1,2 milyard manat vəsait ayrılıb. Bu, qeyri-neft sektorunun inkişafı, yeni iş yerləri deməkdir”, - deyə o qeyd edib.
“Azərbaycanın Qarabağı öz gücünə bərpa etməsi onun iqtisadi qüdrətini göstərir. Dünən qəbul edilmiş sənəddə (Prezident İlham Əliyevin təsdiqlədiyi “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”) ambisiyalı layihələrin yer alması bir daha göstərir ki, Qarabağ Azərbaycandır!”, - deyə E.Allahverdiyev əlavə edib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.