"Azərsu" ASC Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə apardığı araşdırmalar nəticəsində Abşeron rayonunda içməli sudan qanunsuz istifadə halları aşkar edib.
"Sahibkartv.az" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, nəzarət tədbirləri zamanı Masazır qəsəbəsinin Əliağa Vahid küçəsində apartmant tipli çoxmənzilli yaşayış binasının tikintisi zamanı içməli sudan qanunsuz istifadə aşkarlanıb. Araşdırma nəticəsində məlum olub ki, inşaat işləri aparılarkən suya olan tələbat şəbəkəyə özbaşına qoşulmuş xətt vasitəsilə aparılır. İçməli sudan qanunsuz istifadənin qarşısını almaq məqsədilə həmin xətt dərhal ləğv edilib.
Həmçinin, aparılan nəzarət tədbirləri zamanı bir sıra fərdi yaşayış evlərinin də içməli su şəbəkəsinə qanunsuz qoşulduğu aşkarlanıb. Məlum olub ki, ərazidən keçən 110 mm diametrli su kəmərinə özbaşına müdaxilə olunub və gölməçənin içi ilə su xətti çəkilərək 70-ə yaxın fərdi yaşayış evinə qeyri-qanuni su verilib.
Hər bir fakt üzrə zəruri tədbir görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, "Sudan İstifadə Qaydaları"nın tələblərinə uyğun olaraq qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanıb. Eyni zamanda aşkarlanmış faktlarla bağlı fərdi yaşayış evlərinin və obyektlərin sahiblərinə su şəbəkəsinə qanuni qoşulma ilə bağlı məlumatlar verilib. Bildirilib ki, sudan qeyri-qanuni və israfçılıqla istifadə edilməsi şəbəkələrdə hidravliki rejmlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər sakinlərin su təminatının pisləşməsinə səbəb olur. Sudan qanunsuz istifadə hallarının qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, belə halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək.
Bu ilin yanvar-oktyabr aylarında içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” üzrə 8 248 fakt aşkarlanıb. Həmin hallar üzrə 2 135 min kubmetr sərfiyyat bərpa olunub. İlin əvvəlindən Abşeron rayonunda aşkarlanmış 617 qeyri-qanuni istifadə hallarının qarşısının alınması nəticəsində 151 min kubmetr sərfiyyat bərpa olunub. Bütövlükdə isə 10 ayda sudan qanunsuz istifadə ilə bağlı aşkar edilmiş 250-yə qədər fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.
Yanvarın 20-si hava necə olacaq?
18:11 / 18-01-2025
Bu BÜRCLƏR tezliklə əsl xoşbəxtliyi tapacaq
17:39 / 18-01-2025
Tanınmış blogerin əmlakına həbs qoyuldu
17:15 / 18-01-2025
Avtomobil məktəbliləri vurub, iki şagird ölüb - YENİLƏNİB
16:51 / 18-01-2025
Professordan meymunçiçəyi ilə xəbərdarlıq: "45 yaşdan aşağı şəxslər..."
16:45 / 18-01-2025
Rusiya üçün keçən fəlakətli gecə
16:30 / 18-01-2025
Tehranda terror: İki tanınmış hakim öldürülüb
16:14 / 18-01-2025
Suriyada ən qısa zamanda Azərbaycan səfirliyinin fəaliyyəti bərpa olunacaq
16:00 / 18-01-2025
Paşinyan qorxu içindədir: zəhərləndiriləcəyi gündəmdədir - DETALLAR
15:29 / 18-01-2025
Hökümənin ailəsindən oğurlanan pullar qaytarıldı - Onlar tapıldı
15:27 / 18-01-2025
Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin geniş tərkibdə görüşü olub
13:35 / 18-01-2025
Hökumənin atasına dələduzluq: "Kapital Bank"dan açıqlama
12:30 / 18-01-2025
H.Əliyevanın ailəsinə qarşı edilən dələduzluqla bağlı cinayət işi başlanılıb
12:21 / 18-01-2025
Azərbaycan Prezidenti Hakan Fidanı qəbul edib
12:17 / 18-01-2025
Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı aşkarlanıb - RƏSMİ
11:26 / 18-01-2025
Qəzzada atəşkəsə 5 ölkə nəzarət edəcək
11:14 / 18-01-2025
Hakan Fidan Bakıya gəlib
11:10 / 18-01-2025
Toyuq əti ilə bağlı narazılıq: "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur"
10:18 / 18-01-2025
Toyuq əti ilə bağlı narazılıq: "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur"
10:18 / 18-01-2025
Kremldə namaz qıldı - FOTO
10:13 / 18-01-2025
Növbəti köç karvanı Cəbrayıla yola düşüb
10:07 / 18-01-2025
Yaşıl Enerji Sahəsində Mikrosahibkarlıq İnqilabı
22:14 / 17-01-2025
Süni İntellekt Sahibkarlıqda Yeni Perspektivlər Yaratmağa Davam Edir
21:46 / 17-01-2025
Əşyaların İnterneti (IoT) Sahibkarlıqda Yeni Səhifə Açır
21:17 / 17-01-2025
Mərakeşdə 2000 İl Yaşayan Zeytun Ağacı Hələ də Meyvə Verir
21:00 / 17-01-2025
Aqrar Texnologiyalar Kənd Təsərrüfatını Yenidən Şəkilləndirir
20:45 / 17-01-2025
Arayik Azərbaycan xalqından üzr istədi
20:43 / 17-01-2025
Dron Texnologiyası ilə Yeni Sahibkarlıq Sahələri Açılır
20:24 / 17-01-2025
Dayanıqlı Sahibkarlıq
20:00 / 17-01-2025
Abşeronda sudan qanunsuz istifadə halları aşkarlanıb
Bölməyə aid digər xəbərlər
Tarix: 17-11-2022, 11:41 Oxunub: 109
Bölməyə aid digər xəbərlər
25-05-2022, 20:38
Əhali aldığı mənzilə görə ödədiyi ƏDV-nin 30%-ni geri ala biləcək
4-05-2022, 15:29
İlham Əliyev Vahid Hacıyevi qəbul edib - ÇIXIŞLAR
14-04-2022, 14:14
“Azərsu” Şuşada Zarıslı çayı üzərində su anbarı yaradır
7-04-2022, 20:28
Dövlət vəsaiti hesabına inşa edilən evlərlə bağlı FƏRMAN
19-03-2022, 12:22
Saatlıda yeni sutəmizləyici qurğu istismara verilib
16-03-2022, 10:15
Qarabağ və Şərqi Zəngəzurdakı yol layihələri barədə məlumat açıqlanıb
17-02-2022, 18:32
Ağcabədidə yeddi binanın su təchizatı yenidən qurulur – FOTO
6-02-2022, 21:37
Söküləcək, yoxsa sənəd veriləcək? – PROBLEM
12-10-2021, 18:34
Bakıda “gecəqondu” tipli kababxanalar qanunsuz iş gördülər - FOTO
10-10-2021, 13:01
İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Tuğ kəndində olub - FOTO
28-09-2021, 17:00
Bakı yağış imtahanından kəsildi: Qurumların məsuliyyətsizliyi, yoxsa özbaşınalığı? - VİDEO
16-07-2021, 06:49
Xəzər Kürə qarışdı, Neftçalada su qıtlığı yaşanır (FOTOLAR)
29-06-2021, 11:10
Masazırda beş gündür niyə su yoxdur? - AÇIQLAMA
10-05-2021, 21:05
Ordubadın mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
27-07-2020, 23:22
Prezident su ehtiyatları ilə bağlı Tədbirlər Planını təsdiqlədi
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO