Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda elektrik enerjisinin istehsalı 3,8 % artıb

Baxış: 178



Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 % artıb.
“Sahibkartv.az”ın məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov özünün “Twitter” səhifəsində yazıb.
Nazirin sözlərinə görə, bu ilin 10 ayında operativ məlumatlara əsasən, elektrik enerjisinin istehsalı 23 milyard 748,6 milyon kVt/saat təşkil edib.
O bildirib ki, bu müddət ərzində ixrac 2 milyard 101,2 milyon kVt/saat, idxal isə 115,7 milyon kVt/saat olub.
P. Şahbazov qeyd edib ki, yanvar-oktyabr aylarında ötən ilin eyni dövrünə nisbətən su da daxil olmaqla bərpa olunan mənbələrdən 357,9 milyon kVt/saat artımla 1 milyard 755,2 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.