Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"Estee Lauder" "Tom Ford" moda evini 2,8 milyard dollara satın alıb

Baxış: 212



ABŞ-ın kosmetika və ətir istehsalçısı “Estee Lauder” noyabrın 15-də dörd aylıq danışıqlardan sonra “Tom Ford” moda evini almaq üçün razılığa gəldiyini açıqlayıb.
“Sahibkartv.az” xəbər verir ki, bu barədə məlumat istehsalçının saytında dərc olunub.
2,8 milyard dollara başa gələn razılaşma ABŞ-ın kosmetika istehsalçısının tarixində ən böyük sövdələşmədir.
Qeyd edək ki, iki şirkət arasında danışıqlar barədə məlumat hələ bu ilin avqustunda yayılıb.
“Estee Lauder” əsas adı altında məhsul istehsal etməklə yanaşı “MAC Cosmetics”, “Clinique” daxil olmaqla, dünya üzrə 30-a yaxın brendə sahibdir. Şirkət həmçinin DKNY və “Tom Ford” moda evləri üçün ətirlər istehsal edir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.