Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

SOCAR-ın Karbamid Zavodu ixrac coğrafiyasını genişləndirir

Baxış: 231
İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti - Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid Zavodu ixrac coğrafiyasını genişləndirir.
"Sahibkartv.az" agentliyə istinadən xəbər verir ki, zavod ilk dəfə Polşa, İsrail və Yunanıstana 26 min tondan çox məhsul ixrac edib.
2019-cu ildə fəaliyyətə başlamış Karbamid Zavodu azot gübrəsi idxalından asılılığın aradan qaldırılmasında, yerli fermerlərin tələbatının ödənilməsində mühüm rol oynayır. Zavodda istehsal olunan məhsullar “Made in Azerbaijan” brendi ilə 15-dən çox ölkəyə ixrac edilir. İndiyə qədər müəssisədə 625 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 85%-dən çoxu ixrac olunub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.