Day, Month 00, Year
00: 00: 00 AM
Azərbaycan neftinin qiyməti 2,5 dollar bahalaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,51 ABŞ dolları, yaxud 2,6 % artararaq 98,47 ABŞ dolları təşkil edib.
Bu barədə “sahibkartv.az"a neft bazarındakı mənbə məlumat verib.
Hərraclarda “Brent” markalı neftin yanvar fyuçersləri 95,99 ABŞ dollarına satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.


Tarix: 12-11-2022, 10:47 Oxunub: 79


Bölməyə aid digər xəbərlər
17-09-2022, 09:15 Azərbaycan nefti bahalaşıb
18-08-2022, 09:45 Azərbaycan nefti bahalaşıb