Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 31 % artıb

Baxış: 214
Bu ilin yanvar-oktyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 4 milyard 646,741 milyon manat təşkil edib.
“Sahibkartv.az” DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,5 % çoxdur.
Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 16,7 % artaraq 1 milyard 137,282 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 37,4 % artaraq 3 milyard 322,906 milyon manat, aksizlər üzrə daxilolmalar 1,25 % artaraq 133,948 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 47,3 % artaraq 52,606 milyon manat olub.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.