Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Maliyyə naziri: "Aqrar sahəyə subsidiyalar artırılacaq"

Baxış: 146



Azərbaycanda gələn il kənd təsərrüfatına subsidiyalar bu illə müqayisədə çox olacaq.
“Sahibkartv.az” xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və bkorrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov bildirib.
"Aqrar sahəyə subsidiyalar artırılacaq. Çünki ərzaq təhlükəsizliyi vacib məqam və meyardır. Biz ölkəmizin ərzaq idxalından asılılığının azaldılmasını istəyirik. Prezident ərzaq təhlükəsizliyi ilə bağlı fərman da imzalayıb. Asılılığı tam azalda bilməsək də, böyük ölçüdə azaltmaq olar", - deyə o qeyd edib.
Nazir büdcədən regionlara dotasiyanın getdikcə azaldılmasına da münasibət bildirib və deyib ki, bu, bir sıra yerli müəssisələrin mərkəzi qaydada maliyyələşməsi ilə bağlıdır

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.