Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Maliyyə naziri: “Neftin büdcə qiymətinin 50 dollar götürülməsi mühafizəkar yanaşmadır”

Baxış: 148
“Azərbaycanın gələn il üçün dövlət büdcəsində neftin 1 barelinin qiymətinin 50 ABŞ dolları götürülməsi çox mühafizəkar yanaşmadır”.
“Sahibkartv.az” xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.
“Bu yanaşma bizi qlobal neft bazarlarında baş verən təlatümlərdən qoruyur. Siyasətimiz odur ki, neftdən asılılığı ardıcıl sürətdə azaldaq. Hazırda biz dünya bazarında 90 dollardan yüksək olan qiyməti 50 dollar səviyyəsində nəzərə almışıq. Bu yanaşma ilə neftin qiymətinin oynamasının mənfi təsirlərndən özümüzü sığortalayırıq. Hesab edirəm ki, növbəti illərdə biz bu siyasəti davam etdirəcəyik. Bu məsələdə kifayət qədər ehtiyyatlı olmalıyıq”, - deyə o, qeyd edib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.