Bunu “Sahibkartv.az”a Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət Şöbəsinin müdiri Firidun Tağıyev deyib.
Onun sözlərinə görə, pivot suvarma sistemlərinin mövcud olduğu 20 min hektar sahəsi üzrə 18 subyektlə müqavilələr bağlanılıb: “50 hektardan çox təsərrüfatlar cəlb edilib. Bağlanmış müqavilələr cari il əkiləcək taxıl üçün nəzərdə tutulur. Fermerlərə məhsul subsidiyasının verilməsi ölkədə ərzaqlıq buğdanın keyfiyyətinin və həcminin artırılmasına səbəb olacaq”.
“Kiçik təsərrüfat sahibləri qonşuları ilə torpaq sahələrini birləşdirərək minimum 50hektar sahə üzrə müraciət edə bilərlər. Təbii ki, bu, müasir suvarma sistemlərini tətbiq edən təsərrüfat sahələri olmalıdır”, - deyə o bildirib.
F.Tağıyev xatırladıb ki, Prezident İlham Əliyev 19 iyul 2022-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında Fərman imzalayıb və tapşırıqlar verilib: “Fərmanda bir neçə qurumla bağlı, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi ilə bağlı müvafiq tapşırıqlar var. Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanacaq müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına (tədarükçülərə) təhvil verilən ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası tətbiq ediləcək".
O qeyd edib ki, təqribən 30-40 aqroparklarla görüş keçirilib: "Eyni zamanda, 20-dən çox iri fermer təsərrüfatları ilə görüş keçirilib və hazırda bu görüşlər davam etdirilir. Görüşlərimiz əsasən iki istiqamətdə həyata keçirilir. Birincisi, mövcud pivot sistemlərinin tətbiq edildiyi sahələr üzrə müqavilələr imzalanır. İkincisi isə, ərzaqlıq buğda istehsal etmək üçün pivot suvarma sistemlərinin qurulması ilə bağlıdır. Biz bu təsərrüfat sahiblərinin problemlərini də təhlil edirik”.
Nazirlik rəsmisi vurğulayıb ki, ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair tədbirlərin icrası ilə bağlı İşçi Qrupu yaradılıb: “Ayda iki dəfə İşçi Qrupun görüşünü təşkil edirik. Həmçinin, aidiyyəti aqroparklardan nümayəndələr və şəxslər də dəvət edilirlər. Onlar öz problemlərini səsləndirirlər. Onların torpaq sahələrini monitorinq edirik, problemlərini öyrənirik. İctimai şəkildə müzakirələr həyata keçiririk və bu müzakirələrdə hər bir aidiyyəti qurum fəaliyyət istiqaməti üzrə iş aparır”.
F.Tağıyev deyib ki, əsas məqsəd pivot suvarma sistemlərinin quraşdırılmasını nəzərdə tutan torpaq sahələrinin müəyyənləşdirilməsidir: "Noyabr ayı ərzində 2023-cü il əkinləri üçün planlar tam yekunlaşacaq. Bununla yanaşı, hədəf dekabrın sonuna qədər 2024-2025-ci illərin planlarının müəyyənləşdirilməsidir".
Almaniyada Fərdi Sahibkarlar Üçün Vergi Yüngülləşdirmələri Tətbiq Ediləcək
22:11 / 21-02-2025
ABŞ-da Rəqəmsal Əmlak Sənədləri Blockchain Üzərindən Qeydiyyata Alınacaq
21:42 / 21-02-2025
BƏƏ-də Dikey Fermerlik Genişlənir
21:33 / 21-02-2025
İtaliyada Zeytun Yağı İstehsalında Yeni Fermentasiya Metodu Tətbiq Edilir
21:23 / 21-02-2025
Norveçdə Balıqçılıq Sənayesi Süni Zəka ilə Təkmilləşdirilir
20:32 / 21-02-2025
Fransa Daşınmaz Əmlak Sektorunda Yaşıl Binalara Daha Çox İnvestisiya Yatırır
20:18 / 21-02-2025
Avstraliyada Fermerlər Dronlarla Məhsul Mühafizəsini Təkmilləşdirir
19:49 / 21-02-2025
Hollandiya Dünyanın İlk Tam Avtomatlaşdırılmış Süd Fermasını Açıb
19:31 / 21-02-2025
Kanadada Süni Ət İstehsalı Üçün Yeni Biotexnologiya Fabriki Açılır
19:19 / 21-02-2025
Çində Yeni Tipli Ekoloji Marketlər Açılmağa Başlayır
18:51 / 21-02-2025
İspaniyada Dəniz Suyu ilə Suvarma Texnologiyası İstifadəyə Verilib
18:30 / 21-02-2025
İsveçdə Təsərrüfat Sahələri Üçün Smart İqlim İdarəetmə Sistemləri Yaradılır
18:21 / 21-02-2025
Yaponiyada Pilotsuz Kombaynlar Kənd Təsərrüfatında İnqilab Yaradır
17:39 / 21-02-2025
Argentinada Fındıq İstehsalı Üçün Yeni Genetik Növlər Sınaqdan Keçirilir
17:30 / 21-02-2025
Hindistanda Ekoloji Təmiz Süd Məhsullarına Maraq Artır
17:13 / 21-02-2025
Meksikada Kaktusdan Dəri Hazırlayan Startap Beynəlxalq Bazara Çıxır
16:44 / 21-02-2025
Rusiyada Aqrotexnologiya Sahəsində Yeni Sərmayələr Yatırılır
16:15 / 21-02-2025
Rubio: Tramp dövründə İran nüvə silahına malik olmayacaq
16:00 / 21-02-2025
Almaniya Bioloji Gübrələrə Keçid Edir
15:46 / 21-02-2025
Hava bu tarixdə düzələcək - RƏSMİ
15:30 / 21-02-2025
Cənubi Koreyada Gələcəyin Smart Fermer Təsərrüfatları Tikilir
15:00 / 21-02-2025
Putinin aqressiv davranışlarının səbəbkarı Tramp deyil - ŞƏRH
14:22 / 21-02-2025
Evdən çıxmasanız, yaxşıdır! - Hava daha da pisləşəcək
13:48 / 21-02-2025
Azərbaycanda yeni qurum yaradıldı
13:43 / 21-02-2025
Bu gün avtobuslar saat 21:30-dək işləyəcək
13:09 / 21-02-2025
Lerikdə İrandan gətirilən 10 kq narkotik aşkarlandı
12:48 / 21-02-2025
AYNA: Avtobusların hərəkətində gecikmələr var
12:33 / 21-02-2025
Pezeşkiandan Trampa Azərbaycanca mesaj: “Tülkü kölgəsində yatma...”
12:21 / 21-02-2025
Yol polisi hava şəraiti ilə bağlı piyadalara müraciət edib
12:04 / 21-02-2025
Azərbaycan Prezidenti Hulusi Akarı qəbul edib
11:59 / 21-02-2025
Hazırda respublikanın avtomobil yollarında vəziyyət necədir?
10:42 / 21-02-2025
KTN: “Ərzaqlıq buğda təminatının artırılması üçün müqavilələr imzalanır”
Bölməyə aid digər xəbərlər
Azərbaycanda ərzaqlıq buğdaya 5 il müddətinə subsidiya tətbiq ediləcək təsərrüfat sahibləri ilə müqavilələrin imzalanmasına başlanılıb.
Tarix: 10-11-2022, 15:06 Oxunub: 101
Bölməyə aid digər xəbərlər
19-08-2022, 15:00
KTN: "Azərbaycanda ərzaqlıq buğda istehsalı üzrə builki hədəfə sentyabrda nail olunacaq"
19-08-2022, 10:28
Azərbaycanda un və çörək qiymətlərinin yuxarı hədləri müəyyən edilib
17-08-2022, 18:47
Ekspert: “Buğda böhranının Azərbaycana mənfi təsirləri qaçılmazdır”
16-08-2022, 17:05
Qlobal buğda bazarındakı qeyri-müəyyənik Azərbaycana necə təsir edəcək?
13-08-2022, 14:30
Nazirlik: "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi mexanizmləri hazırlanıb"
30-07-2022, 15:37
Dövlət Ehtiyatları Agentliyi yüksək keyfiyyətli yerli ərzaqlıq buğdanın tədarükünü elan etdi
23-07-2022, 20:07
Nazir: "Müasir suvarma sistemlərinin tətbiqi üçün güzəştli kredit mexanizmi nəzərdə tutulur"
25-05-2022, 20:38
Əhali aldığı mənzilə görə ödədiyi ƏDV-nin 30%-ni geri ala biləcək
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
4-05-2022, 15:29
İlham Əliyev Vahid Hacıyevi qəbul edib - ÇIXIŞLAR
29-03-2022, 15:09
Azərbaycan Rusiya taxılına alternativ axtarmalıdırmı?
5-08-2021, 10:02
"Torpağı bilmədən verilən gübrələr həm məhsula, həm də təsərrüfat sahibinin büdcəsinə ziyandır"
31-07-2021, 11:44
Ərzaq təhlükəsizliyi təhlükə altındadır? - FOTO/VİDEO
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək