Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Deputat: “Azərbaycanın internetlə bağlı ən böyük problemi inhisarçılıqdır”

Baxış: 223

"Azərbaycanın internetlə bağlı ən böyük problemi inhisarçılıqdır".

“Sahibkartv.az” xəbər verir ki, bunu deputat Elnur Allahverdiyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, 5-ci nəsil kabelsiz mobil texnologiyanın (5G) və digər yeni texnologiyaların istifadə edilməməsinin səbəbi zamanında bəzi şəxslərin kütləvi şəkildə tezlikləri alıb inhisarçılıq edərək özlərinə saxlamasıdır: “Həmin şəxslər imkan vermirlər ki, dövlət və ya praktiki bu işi bilən yeni şirkətlər ondan istifadə etsin”.
Deputat bildirib ki, bu problem kabel televiziyalarında da var: “Bəzən kabel televiziyalarında da gecikmələr olur”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.