Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qızılın qiymətində cüzi dəyişiklik qeydə alınıb

Baxış: 298



Qızılın qiymətində cüzi dəyişiklik qeydə alınıb.
“Sahibkartv.az” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri olaraq 0,13 % və ya 2,15 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1 711,55 dollara satılıb. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 0,83 % düşərək 1 unsiyası 21,15 ABŞ dolları təşkil edib.
Treyderlər ABŞ-da oktyabr ayı üzrə illik inflyasiya statistikasının açıqlanmasını gözləyirlər. Analitiklər oktyabrda inflyasiyanın əvvəlki ay ilə müqayisədə 8,2%-dən 8%-ə enəcəyini gözləyirlər. Bununla da, inflyasiya ardıcıl dördüncü ay zəifləyə bilər. Bununla belə, göstərici Federal Ehtiyatlar Sisteminin (FED) 2%-lik hədəf səviyyəsindən xeyli yuxarı qalmaqdadır.
Açıqlanacaq statistika FED-in gələcək siyasətinə təsir edə bilər. İlin əvvəlindən tənzimləyici orqan inflyasiya ilə mübarizə məqsədilə uçot dərəcəsini ardıcıl 6 dəfə artırıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.