Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Bosch” rəqəmsallaşmaya 10 milyard avro yatıracaq

Baxış: 211
Avtomobil sənayesi üçün həllərin tədarükçüsü – Almaniyanın “Sahibkartv.az Bosch GmbH” şirkəti biznesin rəqəmsallaşmasına 10 milyard avro investisiya edəcək.
“Sahibkartv.az” xarici mətbuata istinadən xəbər verir ki, bu vəsaitin 2/3 hissəsi dayanıqlı inkişaf, mobillik və müasir sənaye sahəsində texnologiyaların hazırlanmasına sərf olunacaq.
“Bosch” həm də “Business Machines Corp.” şirkəti ilə kvant kompüter hesablamaları sferasında əməkdaşlıq barədə müqavilə imzalayıb. Bu əməkdaşlığın məqsədi müxtəlif yeni materialların qiymətləndirmə modelinin qurulması üçün kvant hesablamalından istifadədir.
Xatırladaq ki, şirkət özünün yarımkeçirici məhsullar istehsal edən bölməsinə 2026-cı ilə kimi 3 milyard avro həcmində yatırım etmək niyyətindədir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.