Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Türkiyə şirkəti Qəbələdə su anbarı tikəcək - PROTOKOL İMZALANDI

Baxış: 227
Türkiyə şirkəti Qəbələdə su anbarı tikəcək - PROTOKOL İMZALANDI 


“Sur Yapı" MMC şirkəti ilə “Meliorasiya və Su Təsərrüfatı” ASC arasında Qəbələdə su anbarının tikintisi ilə bağlı protokol imzalanıb.
“Hürriyet” xəbər verir ki, “Sur Yapı" MMC-nin direktoru Cem Hakan Elmas Qarabağ başda olmaqla Qarabağın bütün şəhərlərinin yenidən bərpasına töhfə verəcəklərini vurğulayıb.
“Əsas Qarabağ bölgəsində dağıntılara məruz qalan şəhərlər olmaqla bütün Azərbaycanın yenidən bərpasına töhfə verəcəyik. Azərbaycandakı qardaşlarımızın haqqı olan dövrün tələblərinə uyğun müasir və problemsiz yaşayış sahələrinə qovuşması üçün əlimizdən gələni edəcəyik”, - deyə Cem Hakan Elmas əlavə edib.
Qeyd edək ki, Qəbələ rayonunun Yenikənd kəndinin şimal hissəsində inşası reallaşdırılacaq "Yengicə" su anbarının ümumi su tutumu 17,5 milyon kub, istifadə olunan həcmi isə 12,5 milyon kub nəzərdə tutulub. Su anbarı tikildikdən sonra Qəbələnin aran hissəsində 10 min hektar sahənin suvarılması tam təmin olunacaq. Bu isə həmin torpaqlarda məhsuldarlığı artırmaqla yanaşı, ildə 2-3 dəfə əkin aparmağa imkan verəcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.