Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycana üç rübdə 55 minə yaxın rus turisti səfər edib

Baxış: 239


Azərbaycana üç rübdə 55 minə yaxın rus turisti səfər edib
Bu ilin yanvar-sentyabr aylarında Rusiyadan Azərbaycana 54,9 min nəfər turizm məqsədləri üçün səfər edib.
“Sahibkartv.az” bu barədə Rusiya mətbuata istinadən xəbər verir.
Hesabat dövründə Rusiyadan ümumilikdə bütün məqsədlər üçün xaricə 17,4 milyon adam səfər edib ki, bunun da 4,7 milyonu turizm məqsədi daşıyır. 9 ayda xaricə səfərlərin ümumi sayı illik müqayisədə 13,8 % artıb. Bundan başqa, rusların turizm məqsədilə xaricə səyahətləri pandemiyadan əvvəlki dövr - 2019-cu illə müqayisədə təxminən 3 dəfə azdır, ötən illə müqayisədə isə 2,7 % çoxdur.
Belə ki, bu ilin I rübündə Rusiyanın 3,8 milyon, II rübdə 4,57 milyon, III rübdə isə 8,9 milyonvətəndaşı xaricə gedib.
Bu dövrdə ruslar ən çox Abxaziyaya (4,4 milyon), Türkiyəyə (3,5 milyon), Qazaxıstana (2 milyon), Birləşmiş Ərəb Əmirliklərinə (743,6 min) və Finlandiyaya (731,2 min) səfər ediblər.
Bu ilin III rübündə ruslar turizm məqsədilə xaricə 2,4 milyon səfər edib. Eyni dövrdə ruslar ən çox Türkiyəyə (1,7 milyon), Birləşmiş Ərəb Əmirliklərinə (203 min) və Misirə (144,7 min) səyahət edib.
Həmçinin rus vətəndaşları Ermənistana (94,2min), Özbəkistana (42,8 min), Azərbaycana (38,1min), Qazaxıstana (37,5 min), Qırğızıstana (32,5min), Abxaziyaya (19 min) və Maldiv adalarına (23,6 min) səyahət ediblər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.