Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“SOCAR Türkiyə”: “Bir şəhəri deyil, ortaq mədəniyyətimizi geri aldıq”

Baxış: 211

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan “SOCAR Türkiyə” şirkəti 8 Noyabr – Zəfər günü münasibəti ilə yeni çarx çəkib.

“Sahibkartv.az” xəbər verir ki, kadrlarda 2 il öncəki Qarabağ zəfərinin təkcə Azərbaycan deyil, ortaq türk dövlətlərinin qələbəsi olduğu qeyd edilib:
“Bu ecazkar torpaqlar, bu şairlər, bu nəğmələr, bu şah əsərləri, bu bəxtiyar övladlar, bu şanlı bayraq. Şuşa – Vətəninə qovuşarkən təkcə bir şəhəri deyil, ortaq xalq mahnılarımızı, incəsənətimizi, mədəniyyətimizi geri aldıq.
Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın işğaldan azad edilməsinin ikinci ildönümünü birlikdə qeyd edirik, çünki biz bir millət, iki dövlətik! Biz birik!
SOCAR "birlikdəyik, güclüyük!”mesajı verib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.