Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan qeyri-neft ixracını 16 %-dən çox artırıb

Baxış: 227


Azərbaycan qeyri-neft ixracını 16 %-dən çox artırıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracının dəyəri 2 milyard 386 milyon ABŞ dolları təşkil edib.
Bu barədə "Sahibkartv.az"a İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,2 % çoxdur.
Təkcə bu ilin oktyabr ayında isə qeyri-neft ixracının dəyəri illik müqayisədə 10,5 % artaraq 269,15 milyon ABŞ dolları olub.
Xatırladaq ki, ötən il Azərbaycanın qeyri-neft ixracı əvvəlki illə müqayisədə 47,2 % artaraq 2 milyard 713,4 milyon ABŞ dolları təşkil edib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.