Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda reklam fəaliyyətinə nəzarətlə bağlı işçi qrup yaradılacaq

Baxış: 278


Azərbaycanda reklam fəaliyyətinə nəzarətlə bağlı işçi qrup yaradılacaqMəmməd Abbasbəyli 
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Audiovizual Şura ilə birlikdə reklam fəaliyyətinə nəzarətlə bağlı birgə işçi qrup yaradacaq.
"Sahibkartv.az" xəbər verir ki, bunu Bakıda "Audiovizual media məkanında reklam fəaliyyəti" mövzusunda keçirilən seminarda Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib.
O, qeyd edib ki, reklam sahəsində fəaliyyətlərin tənzimləməsi üçün əsas məsələlərdən biri də Rəqabət Məcəlləsinin qəbul edilməsidir: "Ümid edirəm ki, qısa müddətdə qanun layihəsi Milli Məclisə təqdim ediləcək. Rəqabət Məcəlləsi qəbul olunduqdan sonra buna dair müxtəlif seminarlar keçiriləcək".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.