Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Peter Mixalko: “Azərbaycan Avropa İttifaqı üçün xüsusi ticari tərəfdaşdır”

Baxış: 265



“Azərbaycan Avropa İttifaqı üçün xüsusi ticari tərəfdaşdır”.
“Sahibkartv.az” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko Naxçıvan Biznes Mərkəzində ölkəmizdə fəaliyyət göstərən Aİ-nin nümayəndə heyəti ilə görüşdə deyib.
“Biz bu iqtisadi imkanları daha da gücləndirə, inkişaf etdirə və ixracı daha da artıra bilərik. Avropa İttifaqı bu iqtisadi islahatlarda Azərbaycanın yanındadır”, - Peter Mixalko vurğulayıb.
Səfir onu da əlavə edib ki, orta və kiçik biznes vahidlərinin Azərbaycanda dəstəklənməsi də prioritetlər sırasındadır: “Buna qlobal şəkildə nail olmaq mümkündür. Çünki burada müxtəlif ölkələrin şirkətləri, Avropa İttifaqı ölkələri təmsil olunurlar. Onların əksəriyyəti Naxçıvanla çalışmağa hazırdır. Məqsəd odur ki, qarşılıqlı əməkdaşlıq inkişaf etdirilsin”.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.