Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda məzənnə rejimi gələn il də dəyişməyəcək

Baxış: 203



Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il də sabit məzənnə rejiminin tətbiqinə çalışacaq.
“Sahibkartv.az” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında AMB-nin sədri Taleh Kazımov bildirib.
"Növbəti ilin dövlət büdcəsi hazırlanarkən də ABŞ dollarının məzənnəsi 1,7 manatdan götürülüb. Məzənnənin sabitliyi makroiqtisadi sabitlik üçün vacibdir", - deyə o, qeyd edib.
Xatırladaq ki, Azərbaycanda 2018-ci il martın 7-dən bəri milli valyutanın məzənnəsi dəyişməyib.
T.Kazımov həmçinin deyib ki, Azərbaycanda investisiya fondlarının yaradılması üçün kapital bazarı inkişaf etməlidir.
"İndi investisiya fondu yaratsaq, vəsaitlər xaricə axıb gedəcək", - deyə baş bankir əlavə edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.