Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Rüfət Quliyev: "Fermerlərə verilən subsidiya uğrunda yarış gedir"

Baxış: 190



"Azərbaycanda son illər dövlətin fermerlərə verdiyi subsidiya uğrunda yarış gedir".
“Sahibkartv.az” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev deyib.
"Azərbaycanda 30 növ məhsulun maya dəyərinin bir hissəsini subsidiya formasında dövlət qarşılayır. Amma fermerlərin bir qisminə subsidiya verilir, bir qisminə isə isə verilmir. Misal üçün, Xızı rayonunda bəzi fermerlərə deyirlər get filan sənədi gətir və yaxud sən əkmə, əvəzində sənə 50 manat pul verək. Mən "Tarixi-Nadir"i yarıya qədər oxumuşam, amma belə ortaqlıq görməmişəm. Bu problem bir sıra rayonlarda var", - deyə o, qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.