Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Xalik Məmmədov: “SOCAR ildə 6,8 milyon kubmetr səmt qazını əhalinin istehlakına yönəldir”

Baxış: 284


Xalik Məmmədov: “SOCAR ildə 6,8 milyon kubmetr səmt qazını əhalinin istehlakına yönəldir”Xalik Məmmədov
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Siyəzənneft” Neft-qazçıxarma İdarəsinin (NQÇİ) ərazisində ildə 6 milyon 800 min kubmetr səmt qazı yığılaraq emal olunduqdan sonra yerli əhalinin istehlakına yönəldilir.
"Sahibkartv.az" xəbər verir ki, bunu SOCAR-ın insan resursları və təhlükəsizlik üzrə vitse-prezidenti Xalik Məmmədov BMT-nin "DİM Dialoqları" təşəbbüsü çərçivəsində keçirilən "Azərbaycanda Yaşıl transformasiya" adlı konfransda panel ımüzakirələrdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bunun hesabına 15 ətraf kənd üzrə 1 250 abonentin təbii qazla təchizatı təmin olunub.
X. Məmmədov bildirib ki, bütün bunlar SOCAR-ın korporativ sosial məsuliyyəti və ətraf mühitin qorunması prinsipləri əsasında icra edilib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.