Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

BVF Azərbaycan üçün bir barel neftin itkisiz qiymətlərini açıqlayıb

Baxış: 197


2022-сi ildə Azərbaycan üçün bir barel neftin fiskal itkisiz qiyməti (fiscal breakeven oil price) 46,7 dolla, 2023-cü ildə 35,7 dollar təşkil edəcək.
Məlumata görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) oktyabr ayı üçün Yaxın Şərq və Mərkəzi Asiya ölkələri üzrə regional icmalında qeyd olunub.
2021-ci ildə bu göstərici neftin bir bareli üçün 58,1 dollar təşkil edib.
“İtkisiz qiymət” səviyyəsi ölkənin maliyyə itkilərinin və mənfəətinin yaxınlaşdığı və tarazlıqda olduğu qiymət nöqtəsidir.
Fondun proqnozlarına görə, 2022-2023-cü illərdə Azərbaycanda gündəlik neft hasilatı 0,69 milyon barel təşkil edəcək ki, bu da 2021-ci ilin göstəricisinə uyğundur.
2022-ci ildə ölkədə gündəlik qaz hasilatı 0,81 milyon barel (2021-ci ildə 0,79 milyon barel), 2023-cü ildə 0,86 milyon barel neft ekvivalenti səviyyəsində olacaq.
BVF-nin proqnozlarına görə, 2022-2023-cü illərdə Azərbaycandan neft ixracı ildə 0,56 milyon barel (2021-ci ilin göstəricisinə uyğundur), qaz hasilatı 2022-ci ildə 0,45 milyon barel (2021-ci ildə 0,43 milyon barel), 2023-cü ildə 0,49 milyon barel neft ekvivalenti səviyyəsində olacaq.
Azərbaycanın 2022-ci il dövlət büdcəsində neftin bir barelinin qiyməti 70 dollardan götürülüb.

© “İnterfaks-Azərbaycan”

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.