Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dövlət, borclar və büdcə kəsir üçün 3 milyard manatlıq qiymətli kağızlar emissiya edəcək

Baxış: 193


Dövlət, borclar və büdcə kəsir üçün 3 milyard manatlıq qiymətli kağızlar emissiya edəcək 


"Xarici dövlət borcunun (əsas borcun) ödənişinin daxili dövlət borcu ilə əvəzlənməsi təqdirində növbəti ilin büdcə layihəsinə uyğun olaraq büdcə kəsirinin maliyyələşdirilməsi və faktiki daxili borcun yenidən maliyyələşdirilməsi nəzərə alınmaqla təqribən 3 milyard manat dövlət qiymətli kağızlarının emissiyası tələb ediləcəkdir ki, bu da büdcənin icrası prosesindən asılı olaraq növbəti ildə borclanma həcminin əhəmiyyətli artımına təsir etməklə yanaşı, mövcud iqtisadi durumda bank kreditlərinin real sektora transformasiyasını məhdudlaşdırmaqla, geniş investor bazasına malik olmayan qiymətli kağızlar bazarında faiz artımına şərait yaratma ehtimalını yüksəltmiş olur".
Sahibkartv.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyində bildirilir.

Xəbər verdiyimiz kimi, hökumət dövriyyədə olan xarici valyuta nominallı dövlət istiqrazlarının bir qisminin geri alacaq. İqtisadi Şuranın əvvəlki iclasında  dövriyyədə olan xarici valyuta nominallı dövlət istiqrazlarının bir qisminin geri alınması da müzakirə edilib.
Qeyd edək ki, Azərbaycan Maliyyə Nazirliyi 18 mart 2014-cü il tarixində Avropanın kapital bazarında hər birinin nominal dəyəri 1000 ABŞ dolları, sayı 1 milyon 250 min ədəd, tədavül müddəti 10 il olan avrobondları yerləşdirərək 1 milyard 250 milyon dollar cəlb etmişdir. İstiqrazlar illik 5 %-lə yerləşdirilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.