Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dolların ucuzlaşması fonunda neftin qiyməti yüksəlir

Baxış: 284


Dolların ucuzlaşması fonunda neftin qiyməti yüksəlir
ABŞ dollarının zəifləməsi fonunda dünya birjalarında neft bahalaşıb.
“Sahibkartv.az” xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin yanvar fyuçersləri 0,74 % bahalaşaraq 1 bareli 93,5 ABŞ dollarına satılıb. WTI neftinin dekabr fyuçerslərinin qiyməti isə 0,62 % artaraq 1 bareli 87,07 ABŞ dolları təşkil edib.
Qiymətə təsir edən amillərdən biri dolların indeksidir. Belə ki, dolların indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,21 % düşərək 111,3 bənd təşkil edib. ABŞ valyutasının ucuzlaşması nefti digər valyutalarda alış üçün əlverişli edir.
İnvestorlar həmçinin ABŞ-da neft ehtiyatları ilə bağlı statistikanın açıqlanmasını gözləyirlər. Analitiklər ABŞ-da neftin kommersiya ehtiyatlarının (strateji ehtiyatlar istisna olmaqla) 0,27 milyon barel artdığını, benzin ehtiyatlarının isə 1,2 milyon barel azaldığını ehtimal edir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.