Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Mikayıl Cabbarov Qətərin ticarət və sənaye naziri ilə görüşüb

Baxış: 318



Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Qətərin ticarət və sənaye naziri Şeyx Məhəmməd bin Həməd bin Qassim Al Abdullah Al Tani və ölkə Əmirinin şəxsi nümayəndəsi Şeyx Casim bin Həməd Al Tani ilə görüşüb.
“Sahibkartv.az” xəbər verir ki, bu barədə M.Cabbarov tviterdə yazıb.
“Qətərin ticarət və sənaye naziri Şeyx Məhəmməd bin Həməd bin Qassim Al Abdullah Al Tani ilə iki ölkə arasında ticarətin genişləndirilməsi, investisiya, nəqliyyat, enerji, sənaye, kiçik və orta biznesin inkişafı istiqamətlərində əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə etdik”, - nazir qeyd edib.
Eyni zamanda ölkə Əmirinin şəxsi nümayəndəsi ilə görüşünə də toxunan M.Cabbarov orada Azərbaycan və Qətər arasında ikitərəfli əlaqələrin, iqtisadi münasibətlərin yüksələn xətt üzrə inkişafını diqqətə çatdırdığını, qarşılıqlı faydalı əməkdaşlıq, həmçinin investisiya-ticarət və digər sahələrdə əlaqələrin genişləndirilməsi ətrafında fikir mübadiləsi apardığını vurğulayıb


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.