Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Toivo Klaar: "Ermənistanla Azərbaycan arasında münaqişənin həlli vacibdir”

Baxış: 267
"Ermənistanla Azərbaycan arasında münaqişənin həlli vacibdir”.
“Sahibkartv.az” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib.
Onun sözlərinə görə, Aİ Ermənistan və Azərbaycan arasında sülh prosesinin bütün səviyyələrində fəal iştirak edir: “Buna ən bariz sübut Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə dörd dəfə görüş keçirmiş Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin fəaliyyətidir. Biz Cənubi Qafqazdakı sülhdə və firavanlıqda maraqlıyıq”.
T.Klaar bildirib ki, Aİ-nin fəaliyyətinin əlamətlərindən biri Ermənistanın Azərbaycanın sərhədyanı bölgəsində müşahidə missiyasının yerləşdirilməsidir. Missiyanın müddəti iki aydır. Vəsait Gürcüstandakı müşahidə missiyasının büdcəsindən ayrılıb. Biz monitorinq missiyasının vaxtını daha uzun müddətə uzada bilmərik. Ümid edirəm ki, monitorinq missiyası Brüsseli yerlərdəki vəziyyət və mövcud çağırışlar barədə daha yaxşı məlumatlandıracaq, beləliklə, sülh prosesi daha effektiv şəkildə təşviq oluna bilər".
"Əminəm ki, Ermənistanla Azərbaycan arasında münaqişənin həlli, sərhədlərin, kommunikasiyaların açılması, ticarətin bərpası Cənubi Qafqazın hər üç respublikası üçün sərfəlidir", - xüsusi nümayəndə qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.