Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Mikayıl Cabbarov: "Mədən vergisi daxilolmaları 2 dəfə artıb"

Baxış: 288


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda mədən vergisi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə dəfə çox olub.
“Sahibkartv.az” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Tvitter"də yazıb.
Bundan başqa, onun sözlərinə görə, son 1 ildə daxilolmalar mənfəət vergisi üzrə 48,2 %, əlavə dəyər vergisi üzrə 27,8 %, əmlak vergisi üzrə 24,6%, fiziki şəxslərin gəlir vergisi üzrə 22,4 %, yol vergisi üzrə 15,8 %, aksiz vergisi üzrə 15,3 %, torpaq vergisi üzvə 11,5 %, sadələşdirilmiş vergi üzrə isə 10,1 % artıb.
Xatırladaq ki, 9 ay ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 10 milyard 451,4 milyon manat vəsait daxil olub. Bu, ötən ilin eyni dövrünə nisbətən 64,5% çoxdur. Daxilolmaların 6 milyard 222 milyon manat qeyri-neft sektorunun payına düşüb ki, bu da illik müqayisədə 32,2 % çoxdur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.