Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanın sənaye zonalarından ixrac 55% artıb

Baxış: 258


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın sənaye zonalarında istehsal olunmuş məhsulların dəyəri ötən ilin eyni dövrünə nisbətən 41,5% artaraq təxminən 2,1 milyard manat, zonalardan ixracın dəyəri isə illik müqayisədə 55,3% artaraq 846 milyon manat təşkil edib.
"Sahibkartv." xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter"də bildirib.
"Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 16,6%, ixracında isə 33,3 % olub. İndiyə qədər sənaye zonalarında 8 milyard manat dəyərində məhsul istehsal edilib və bunun 2,6 milyard manatlıq hissəsi ixrac olunub", - deyə nazir əlavə edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.