Day, Month 00, Year
00: 00: 00 AM
Azərbaycanda əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı 18 % artıb



Bu ilin yanvar-sentyabr ayları ərzində 259 798daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,1 % çoxdur.
"Sahibkartv.az" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
Bu göstəricinin 63 315-i (24,4 %) ilkin,196 483-ü (75,6 %) isə təkrar qeydiyyatın payına düşüb. Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-sentyabr ayları ərzində ilkin qeydiyyat 30,3 % artıb.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 36 718-i fərdi yaşayış və bağ evi, 65 872-si mənzil, 148 840-ı torpaq sahəsi, 2 636-sı qeyri-yaşayış binası, 5 101-i qeyri-yaşayış sahəsi,589-u əmlak kompleksi, 41-i çoxmərtəbəli yaşayış binası, 1-i isə çoxillik əkmələrdir. 9 ay ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 26,2 %-i Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşür.
Dövlət başçısının “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli Fərmanına uyğun olaraq, mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi ilkin qeydiyyat göstəricisinin daha yüksək olmasına imkan yaradır. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-sentyabr ayları ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 2,8 dəfə artaraq 32 327 olub.
.
Göstəricilər2021
yanvar-sentyabr
2022
yanvar-sentyabr
Ötən ilin müvafiq dövrünə nisbətən
+ / -% - lə
Dövlət qeydiyyatının sayıCƏMİ2199682597983983018,1%
ilkin qeyd48607633151470830,3%
təkrar qeyd1713611964832512214,7%
Fərdi yaşayış və bağ eviilkin qeyd1184411746-98-0,8%
təkrar qeyd234162497215566,6%
Mənzillərilkin qeyd2184416799-5045-23,1%
təkrar qeyd449194907341549,2%
Torpaq sahələriilkin qeyd116323232720695177,9%
təkrar qeyd971211165131939220%
Qeyri yaşayış binasıilkin qeyd26938711843,9%
təkrar qeyd22912249-42-1,8%
Qeyri-yaşayış sahəsiilkin qeyd29291960-969-33,1%
təkrar qeyd31113141301%
Əmlak kompleksiilkin qeyd74871317,6%
təkrar qeyd483502193,9%
Çoxmərtəbəli yaşayış binalarıilkin qeyd159-6-40%
təkrar qeyd20321260%
Çoxillik əkmələrilkin qeyd000
təkrar qeyd011
Bu ilin 9 ayı ərzində 203 254 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 17,3 % artım deməkdir. 2022-ci ilin yanvar-sentyabr ayları ərzində qeydiyyata alınan ipoteka müqaviləsinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 39,5 % artaraq 51 347 olub.

Tarix: 27-10-2022, 13:02 Oxunub: 91


Bölməyə aid digər xəbərlər