Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda nağdsız əməliyyatların məbləği 2 dəfədən çox artıb

Baxış: 174
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ödəniş kartları ilə aparılan nağdsız əməliyyatların məbləği ötən ilin eyni dövrünə nisbətən 2,2 dəfə, o cümlədən elektron ticarət əməliyyatlarının məbləği 2,7 dəfə artıb.
"Sahibkartv.az" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova deyib.
Onun sözlərinə görə, son 1 ildə ödəniş kartları ilə aparılan əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisi 12 faiz bəndi artaraq 42% olub.
"Müqayisə üçün qeyd edim ki, bu göstərici 2020-ci ildə 23%, 2021-ci ildə isə 32% idi. Təmassız əməliyyatların say və həcm göstəricilərində də yüksək artım tempi müşahidə olunur. Ölkədaxili təmassız ödənişlərin sayı və məbləği ötən ilin eyni dövrünün göstəricilərini 2,1 dəfə üstələyib. Bu göstəricilər ölkədə nağdsız ödəniş vərdişlərinin formalaşdığını göstərir", - deyə AMB rəsmisi qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.