Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"Şimal-Cənub nəqliyyat dəhlizi ilə yük daşımaları 15 milyon tona çatdırılacaq"

Baxış: 186


Rusiya tərəfi ilə gömrük keçid məntəqələrinə baxış keçirilib.

 "Şimal-Cənub" Beynəlxalq nəqliyyat dəhlizi ilə yük daşımaların həcmi 15 milyon tona çatdırılacaq.
Bunu Baş nazirin müavini Şahin Mustafayev deyib.
O bildirib ki, Şimal-Cənub nəqliyyat dəhlizi indiki zamanda kifayət qədər inkişaf etmiş infrastruktura malikdir. Dəhlizin zəif hissələrinin müəyyən edilməsi və işlərin aparılmasına çalışılır.
Baş nazirin müavini əlavə edib ki, artan tələbatı nəzərə alaraq Rusiya tərəfi ilə gömrük keçid məntəqələrinə baxış keçirilib."Bir yerdə yükdaşıma qabiliyyətini bir neçə dəfə artıra bilərik. 2030-cu ilə kimi dəmiryolu ilə 15 milyon tona çatdırılması nəzərdə tutulub. Bura avtomobil və dəniz yolu ilə daşımaları da əlavə etmək lazımdır".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.