Azərbaycanda xidmət operatorlarının məlumatlarına əsasən, sabit şəbəkə telefonlarının hər bir abunəçisinə çəkilən xərc əlavə dəyər vergisi daxil olmaqla 3,96 manatdır.
"Sahibkartv.az" xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tariflərin dəyişdirilməsi ilə bağlı açıqlamasında bildirilir.
"İndiyə qədər mövcud olan aylıq abunə haqqı 2 dekabr 2013-cü il tarixində qüvvəyə minib və əhali üçün 2,5 manat təşkil edib. Dünya təcrübəsinə nəzər saldıqda əhali üçün sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqının Ukraynada 9,5 manat, Rusiyada 12,7 manat, Türkiyədə 15,3 manat olduğunu görmək olar. Həmçinin Azərbaycan telekommunikasiya bazarında, ümumilikdə 10 milyondan çox müştəri bazasına sahib olan mobil operatorlar üzrə aylıq orta abunə haqqı 10 manatdan 18 manata qədər dəyişir, 1 dəqiqə şəbəkədaxili danışıq üçün tarif isə 2 qəpikdən 9 qəpiyə qədərdir.
Dünyada baş verən tendensiyalara uyğun olaraq, internet vasitəsilə əlaqələrin artması fonunda beynəlxalq giriş və çıxış telefon trafikinin həcmi ildən-ilə aşağı düşür ki, bu da öz növbəsində rabitə sahəsində xidmət göstərən müəssisələrin fəaliyyətinə mənfi təsir edir.
Ölkədə həm sabit şəbəkə abunəçilərinə keyfiyyətli rabitə xidmətlərinin göstərilməsi, həm də mövcud ADSL (Asimmetrik rəqəmsal abunəçi xətti) telekommunikasiya avadanlıqlarının müasir GPON (Gigabit tutumlu passiv optik şəbəkə) və digər genişzolaqlı texnologiyalar ilə əvəz edilməsi məqsədilə kapital qoyuluşu nəzərdə tutulur. Bu layihənin 2021 – 2024-cü illər ərzində reallaşdırılması nəticəsində ölkə ərazisinin tamamilə genişzolaqlı şəbəkə ilə təchiz edilməsi sürətli internet və keyfiyyətli danışıq xidməti ilə bərabər, həm də digər xidmətləri paket şəklində təqdim etməyə imkan yaradacaq.
Yeni tariflərin tətbiqi mövcud tariflərin maya dəyərinə mərhələli şəkildə uyğunlaşdırılmasına, təsərrüfat subyektlərinin investisiya qoyuluşu imkanlarının genişlənməsinə, beynəlxalq və şəhərlərarası trafik mübadiləsindən gəlirlərin azalmasının kompensasiyasına imkan verəcək.
Qeyd olunanları nəzərə alaraq rabitə xidmətlərinin keyfiyyətinin artırılması, işçilərin əmək şəraitinin yaxşılaşdırılması və investisiya imkanlarının yaradılması məqsədilə sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqı və şəhərlərarası telefon rabitəsi xidmətlərinin tariflərinə yenidən baxılmasına zərurət yaranıb. Bununla əlaqədar olaraq Tarif (qiymət) Şurasının 26 oktyabr 2022-ci il tarixli iclasında sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqının əhali üçün 2,5 manatdan 3,5 manata (ƏDV daxil olmaqla) artırılması, şəhərlərarası telefon danışıqları üzrə tarifin 5 qəpikdən 3 qəpiyə endirilməsi məqsədəuyğun hesab edilib.
Qərar 1 noyabr 2022-ci il tarixindən qüvvəyə minir", - açıqlamada qeyd olunub.
Tramp ermənilərin gözləntilərini puç etdi
16:00 / 25-04-2025
Paris Bakıdan ehtiyat edir, səbəb isə... - Fransalı ekspert
15:30 / 25-04-2025
“TrainAI Pro” – Əməkdaşlar üçün Fərdi Təlim Proqramları Hazırlayır
15:16 / 25-04-2025
Prezidentlə xanımı Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub
15:06 / 25-04-2025
Sabah 32 dərəcə isti olacaq
14:22 / 25-04-2025
Gəlini aparmağa traktorlarla gəldilər - Fotolar
13:32 / 25-04-2025
İstanbulda Rusiya-Türkiyə danışıqları başladı
13:27 / 25-04-2025
“28 Mall”un qarşısında plakat açan təriqət üzvləri həbs edildi
12:56 / 25-04-2025
Sahibkarlar İlham Əliyevə müraciət ünvanlayıblar
12:25 / 25-04-2025
Ermənistan sadəcə olaraq yox olacaq - Yeqanyan
11:46 / 25-04-2025
Sahibkarlıq güclənir: paytaxt və bölgələr yarışdadır
11:26 / 25-04-2025
Bələdiyyə sədri özünü niyə sakin kimi təqdim edib? - Video
11:12 / 25-04-2025
Prezident Kaya Kallası qəbul etdi - Foto
11:06 / 25-04-2025
DİN-dən SON DƏQİQƏ XƏBƏRDARLIĞI - Onlara inanmayın!
11:01 / 25-04-2025
Ağadadaş Ağayevin balta atdığı mühafizəçi həbs edilib
10:55 / 25-04-2025
Bu gün Azərbaycanda Sahibkarlar Günüdür
10:35 / 25-04-2025
ABŞ-la Paşinyan razılaşdı - AES əvəzinə hakimiyyət...
10:18 / 25-04-2025
Azərbaycanda bu gündən hava pisləşir
09:56 / 25-04-2025
Məcnun Məmmədov rusiyalı həmkarı ilə onlayn görüş keçirdi - Fotolar
09:51 / 25-04-2025
Hindistanla Pakistan arasında gərginlik artır
09:49 / 25-04-2025
Tramp Putinə çağırış etdi - “Dayan!”
09:45 / 25-04-2025
Türkiyədə növbəti dəfə zəlzələlər baş verib
09:40 / 25-04-2025
ABŞ Suriyaya qarşı sanksiyaları ləğv edir?
09:36 / 25-04-2025
İsrail Qəzzada döyüşləri gücləndirəcək
09:32 / 25-04-2025
“Çin Zəngəzur dəhlizini dəstəkləyir, Qərbin oyunlarını isə ifşa edir”
09:00 / 25-04-2025
“AI-CashFlow” Nağd Pul Axınını Proqnozlaşdırır
22:12 / 24-04-2025
“LearnIQ AI” Dərs Metodikasını Tələbəyə Uyğunlaşdırır
21:47 / 24-04-2025
“StartupScan AI” İdeyanın Uğur Potensialını Qiymətləndirir
21:19 / 24-04-2025
“EcoCalc AI” Biznesin Ekoloji Təsirini Azaltmaqda Yol Göstərir
20:49 / 24-04-2025
Nazirlik: "Bir ev telefonu abunəçisinə çəkilən xərc 3,96 manatdır"
Bölməyə aid digər xəbərlər
Tarix: 26-10-2022, 18:24 Oxunub: 175
Bölməyə aid digər xəbərlər
25-09-2022, 14:13
Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edib
25-05-2022, 20:38
Əhali aldığı mənzilə görə ödədiyi ƏDV-nin 30%-ni geri ala biləcək
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
11-02-2022, 00:09
“Qarabağda yenidənqurma işləri broker və logistika sahələrinə də öz müsbət təsirini göstərəcəkdir”- MÜSAHİBƏ
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
14-01-2022, 13:22
Tarif Şurasının iclası keçirilib, qərarlar qəbul edilib
6-11-2021, 12:08
"Biz istəyirik ki, Azərbaycan xaricdən bal idxalını dayandırsın"
16-10-2021, 20:51
“Azərişıq”dan elektrik enerjisinin qiymətilə bağlı AÇIQLAMA
26-08-2021, 10:54
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
27-04-2021, 10:05
Azərbaycanın iri bankı bir sıra planlarını açıqladı
12-03-2021, 18:03
“Nar” 2020-ci ilin yekunları ilə bağlı hesabatını açıqladı - FOTO
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO