Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 4%-ə yaxın artırıb

Baxış: 287



Azərbaycanın valyuta ehtiyatları bu il oktyabrın 1-nə 53 053,7 milyon ABŞ dolları təşkil edib.
“Sahibkartv.az” xəbər verir ki, bunun 85,5 %-i və yaxud 45 386,4 milyon dolları Dövlət Neft Fondunun (ARDNF), 14,5 %-i və yaxud 7 667,3 milyon dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin III rübündə ölkənin valyuta ehtiyatları 375milyon dollar və yaxud 0,7 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 79,6 milyon dollar və yaxud 0,2 %, AMB-nin valyuta ehtiyatlarında isə 295,4 milyon dollar və yaxud 4 % artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 1 793,5milyon dollar və yaxud 3,5 % artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 1 160 milyon dollar və yaxud 2,6 %, AMB-nin valyuta ehtiyatları isə 633,5 milyon dollar və yaxud 9 % artım nümayiş etdirib.

ARDNF-in valyuta ehtiyatları (milyon ABŞ dolları)AMB-nin valyuta ehtiyatları (milyon ABŞ dolları)Azərbaycanın valyuta ehtiyatları (milyon ABŞ dolları)
01.10.202245 386,47 667,353 053,7
01.07.202245 306,87 371,952 678,7
01.04.202245 264,07 136,552 400,5
01.01.202245 025,17 075,452 100,5
01.10.202144 226,47 033,8

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.