Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

BƏƏ şirkəti Azərbaycanda sayğac istehsalına 26 milyon manat yatıracaq

Baxış: 289


BƏƏ şirkəti Azərbaycanda sayğac istehsalına 26 milyon manat yatıracaq
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında yeni rezident – Birləşmiş Ərəb Əmirliklərinin “SENSEMI DMCC” şirkətinin Azərbaycandakı nümayəndəliyi qeydiyyata alınıb.
"Sahibkartv.az" xəbər verir ki, bu barədə İZİA məlumat yayıb.
Bildirilir ki, bununla da, Sənaye Parkının rezidentlərinin sayı 32-yə çatıb.
BƏƏ kapitallı “SENSEMI DMCC” şirkətinin Azərbaycandakı nümayəndəliyinə müəssisəni inşası üçün Sənaye Parkında 1 hektar ərazi ayrılıb. Şirkət burda elektrik avtomat və sayğac istehsal edəcək. İnvestisiya dəyəri 26 milyon manatdan çox olan müəssisədə 83 nəfər daimi işlə təmin ediləcək.
Müəssisədə istehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da planlaşdırılır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.