Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı 19 %-dən çox artıb

Baxış: 243



Bu il oktyabr ayının 1-nə Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı 1 milyon 673 minə çatıb.
“Sahibkartv.az” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilir ki, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 271 251 vahid və ya 19,4 % artıb.
Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 268 445 vahid artaraq 808,4 min olub.
Dövlət Vergi Xidməti qeyd edir ki, 3 ildən çox müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Bağlanmış əmək müqavilələrinin sayının artması iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində tədbirlərin nəticəsidir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.