Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan avrobondların bir qismini geri ala bilər

Baxış: 234


Azərbaycan avrobondların bir qismini geri ala bilər
Azərbaycan Respublikası İqtisadi Şurasında dövriyyədə olan xarici valyuta nominallı dövlət istiqrazlarının bir qisminin geri alınması müzakirə edilib.
Bu barədə "Sahibkartv.az"a Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edək ki, Azərbaycan Maliyyə Nazirliyi 18 mart 2014-cü ildə, 10 il müddətinə Avropanın kapital bazarında 1,25 milyard ABŞ dolları dəyərində illik 5 %-lə istiqraz yerləşdirib.
Avrobondların nominal dəyəri 1 000 ABŞ dolları, həcmi isə 1,25 milyon ədəd təşkil edir.
160-dan çox ölkənin institusional investorları Maliyyə Nazirliyinin avrobondlarını əldə etməyə maraq göstərib. Bununla yanaşı, investorlar tərəfindən təqdim edilmiş sifarişlərin sayı emissiya həcmini 4 dəfə üstələyib.
Yerləşdirmənin nəticələrinə görə, avrobondların 47 %-ni ABŞ, 25 %-ni Böyük Britaniya, 18 %-ni Almaniya, 10 %-ni digər ölkələrdən olan investorlar əldə ediblər.
Avrobondların debüt buraxılışının lid-meneceri kimi “Barclays Bank”, “Deutsche Bank” və “Citibank” çıxış edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.