Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan Xəzəryanı ölkələr arasında İranın ixrac istiqamətləri üzrə birincidir

Baxış: 211


Azərbaycan Xəzəryanı ölkələr arasında İranın ixrac istiqamətləri üzrə birincidir
İran təqvimin ilk 6 ayında (21 mart-22 sentyabr) bu ölkə Azərbaycana ümumi dəyəri 363,02 milyon ABŞ dolları olan məhsul ixrac edib.
“Sahibkartv.az”ın İran mətbuatına istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikasının Gömrük İdarəsinin (ICA) məlumatında deyilir.
ICA bildirib ki, Azərbaycan Xəzəryanı ölkələr arasında İranın ixracat istiqamətləri siyahısına başçılıq edir.
Bu, daha əvvəlki ilin 21 mart-22 sentyabr tarixi ilə müqayisədə 72 % çoxdur.
Həmçinin, İran bu müddətdə Azərbaycandan 19,04 milyon ABŞ dolları dəyərində mal və məhsul idxal edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19 % azalıb.
Qeyd edək ki, İran mallarının Xəzər regionunda növbəti ixrac istiqamətləri Rusiya, Türkmənistan və Qazaxıstandır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.