Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan və Böyük Britaniya enerji sektorunda əməkdaşlığı müzakirə edib

Baxış: 212



Energetika naziri Pərviz Şahbazov Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld ilə görüşərək enerji sektorunda əməkdaşlığı müzakirə edib.
“Sahibkartv.az” xəbər verir ki, bu barədə səfir tviterdə yazıb.
“Otuzillik tarixi olan Böyük Briyaniya-Azərbaycan enerji və ticarət münasibətlərinin uğurla davam etdirilməsi istiqamətində görüləcək işlər barədə danışdıq", - o deyib.
Görüş barədə Energetika Nazirliyi də məlumat yayıb. Məlumata görə, nazir səfiri təyinatı münasibətilə təbrik edərək, fəaliyyəti dövründə Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığın gələcək inkişafına müsbət töhfə verəcəyinə inamını ifadə edib.
Görüş zamanı qarşılıqlı münasibətlərin genişləndirilməsində, o cümlədən enerji sahəsində əlaqələrin inkişafında iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti xüsusi qeyd olunub. Komissiyanın 5-ci iclası üzrə protokolun icrasının gedişi və növbəti iclasa dair məsələlər müzakirə edilib.
Ölkəmizdə neft-qaz sektorunda strateji tərəfdaş və aparıcı investor kimi xüsusi yeri olan bp şirkəti ilə “yaşıl enerji” sahəsinin inkişafı istiqamətində əməkdaşlığın cari vəziyyəti haqqında danışılıb. Azərbaycandan Avropaya təbii qaz ixracının artırılması, ölkəmizdə quruda və dənizdə bərpa olunan enerji potensialı haqqında məlumat verilib, karbonsuzlaşdırma, külək və günəş enerjisi, “yaşıl hidrogen” və “yaşıl elektrik” ixracı, enerji səmərəliliyi və digər istiqamətlərdə potensial əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.