Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan daha bir ölkədən yulaf toxumu almağa başlayıb

Baxış: 209



2022-ci ilin yanvar-iyul aylarında Azərbaycan xaricdən 193,43 min ABŞ dolları dəyərində 70,52ton əkin üçün yulaf toxumu alıb.
“Sahibkartv.az”ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 5,5 %, kəmiyyət olaraq – 1,4 % çoxdur.
Hesabat dövründə Danimarkadan 152,37 minABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 14 % azdır) 56,58 ton (-16,7 %), Niderlanddan 31,89 min ABŞ dolları dəyərində 12,12 ton və Kanadadan 9,16 min ABŞ dolları dəyərində 1,82ton toxum gətirilib.
Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Niderlanddan tədarük həyata keçirilib. Səkkiz il 3 ayın tamamında Kanadadan idxal bərpa edilib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.