Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qərb inflyasiya ilə mübarizə üçün tədbirlər görmək niyyətindədir

Baxış: 186
Qərb hökumətlərinin iqtisadi bloklarının rəhbərləri Vaşinqtonda keçirdikləri görüşlərdə inflyasiya ilə mübarizə və dünya bazarına enerji resurslarının çatdırılmasını təmin etmək üçün qətiyyətli tədbirlər görmək barədə razılığa gəliblər.
“Sahibkartv.az” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu və Dünya Bankının rəhbər orqanlarının payız sessiyasında iştirakının yekunlarına dair mətbuat konfransında ABŞ-ın maliyyə naziri Canet Yellen bildirib.
“Böyük iqtisadiyyatlardakı həmkarlarım və mən razılaşdıq ki, hər bir ölkənin üzləşdiyi problemlərin fərdiliyinə baxmayaraq, inflyasiya ilə mübarizə, enerji təchizatını təmin etmək və digər iqtisadi təzyiqləri azaltmaq da daxil olmaqla qətiyyətli addımlar atmalıyıq”-deyə, o bildirib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.