Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

IEA neft tədarükünün azaldılmasına dair risklər barədə xəbərdarlıq edib

Baxış: 336

Oktyabrın əvvəlində “OPEC+”un neft tədarükünün azaldılması ilə bağlı qərarı dünyada enerji təhlükəsizliyinin sabitliyini təmin edilməsi məsələsində riskləri artırır.

“Sahibkartv.az” xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında deyilir.
“OPEC+”un neft tədarükünü kəskin azaltması bütün dünyada enerji təhlükəsizliyi risklərini artırır. Hətta aşağı tələb gözləntilərinə baxmayaraq, bu qərar ilin sonuna və 2023-cü ilin birinci yarısına qədər neft ehtiyatlarında çox ehtiyac duyulan artımı kəskin şəkildə azaldacaq”, - hesabatda bildirilib.
Agentliyin məlumatına görə, Səudiyyə Ərəbistanı və BƏƏ “qara qızıl”ın hasilatını azaldacaq: “Bundan başqa, dekabrda Avropa İttifaqının sanksiyalarının başlaması ilə əlaqədar Rusiyada neft hasilatının daha da azalacağı gözlənilir”.
Xatırladaq ki, ötən həftə “OPEC+”a daxil olan dövlətlər noyabr ayından neft hasilatını 2 milyon barel azaltmaq qərarına gəlib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.