“Sahibkartv.az” Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazir Pərviz Şahbazov Moskvada keçirilən “Rusiya Enerji Həftəsi” Beynəlxalq Forumunda “Yeni çağırışlar - yeni imkanlar. Dünya neft-qaz bazarını nə gözləyir?” adlı panel müzakirələr zamanı deyib.
Azərbaycanın energetika naziri P.Şahbazov Moskvada neft bazarının balanslaşdırılması və “yaşıl enerji”nin inkişafından danışıb. Nazir yeni reallıqlarda qlobal neft bazarının balanslaşdırılması və “yaşıl enerji”nin inkişafı ilə bağlı fikirlərini bölüşüb.
Nazir deyib ki, “OPEC plus” bütün çoxsaylı, o cümlədən geosiyasi faktorların neft bazarına təsirlərini tamamilə aradan qaldıra bilməz. Lakin neftə tələbatın inkişafı ilə bağlı proqnozlara adekvat qərarları tələb-təklifin tarazlaşdırılmasına davamlı dəstək verir. Neft bazarının balanslaşdırılması üçün investisiyaların vacibliyinə diqqət çəkən nazir deyib ki, gələcəkdə neft çatışmazlığı və qiymət volatilliyinin qarşısını almaq üçün investisiya cəlbi zəruridir.
Həmçinin qeyd olunub ki, karbohidrogenlər dəyişən enerji arxitekturasında öz əhəmiyyətini saxlayacaq, lakin dünyada neft-qaz sektoru ilə bağlı mənzərə isə çox böyük ehtimalla fərqli olacaq.
Energetika naziri mövcud situasiyada “yaşıl enerji”nin inkişafından da danışıb. Hazırda daha çox bu enerji növünə siyasi və investisiya dəstəyi verildiyini vurğulayan nazir ötən il dünyada 257 QVt yeni bərpa olunan enerji güclərinin istifadəyə verilməsini, bu sahəyə 365 milyard dollar investisiya yatırılmasını “yaşıl enerji”nin inkişafını təsdiqləyən faktlar kimi qeyd edib. Bildirilib ki, bu gün heç də hamı “yaşıl enerji” ilə bağlı hədəflərini asanlıqla həyata keçirə bilmir. Belə ki, enerji keçidi prosesinin rasional şəkildə idarə edilməməsi enerji təchizatında problemlərlə nəticələndi. “Bu gün o ölkələr “yaşıl enerji” kursunu uğurla həyata keçirir ki, onların enerji təhlükəsizliyi ilə bağlı problemi yoxdur. Azərbaycan da belə azsaylı ölkələrdəndir. Hazırda beynəlxalq enerji şirkətləri ilə ümumi gücü 4700 MVt olan külək və günəş enerjisi üzrə istehsal gücləri yaradılır. Bir qədər sonra isə 6 GVt-lıq layihələrlə bağlı planlarımız var.”
Qeyd edək ki, paneldə Rusiya Federasiyasının baş nazirinin müavini Aleksandr Novak, Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz, Qazaxıstanın energetika naziri Bolat Akçulakov və “Qazprom”un İdarə Heyətinin sədr müavini Aleksey Miller iştirak edib.
Otellərdə süni intellekt əsaslı xidmətlər
16:45 / 27-02-2025
Rəqəmsal kənd təsərrüfatı
16:16 / 27-02-2025
Emin Ağalarov dəymiş ziyanı açıqladı: 150-200 milyon dollardır
16:00 / 27-02-2025
Təbii fəlakətlərə qarşı ağıllı şəhər sistemləri
15:42 / 27-02-2025
Ailələr xəbərsizdir: Bu uşaqlara ayda 105 manat verilir!
15:30 / 27-02-2025
Tibb sahəsində genetik xəstəliklərin fərdi müalicəsi
15:00 / 27-02-2025
Transgenderlər ABŞ ordusundan qovulur - Vaxt verildi
14:11 / 27-02-2025
Tarixi an: Türkiyədə küçələrə böyük ekranlar quraşdırılır
12:54 / 27-02-2025
Ramazan ayının başlaması ilə bağlı fətva verilib
12:47 / 27-02-2025
Qarlı havaya görə 300-dən çox adam travma alıb
12:04 / 27-02-2025
Kraldan Qurban bayramı çağırışı: Etməyin, özüm kəsəcəyəm
11:47 / 27-02-2025
Nazirlikdən hava ilə bağlı əhaliyə təkrar müraciət
11:27 / 27-02-2025
Sürücülük vəsiqəsini yeniləmək istəyənlərə ŞAD XƏBƏR
10:39 / 27-02-2025
Qarlı hava bu tarixədək davam edəcək
10:33 / 27-02-2025
Prezident İlham Əliyev Ərdoğanı təbrik edib
10:28 / 27-02-2025
İsmayıllıda zəlzələ oldu
09:42 / 27-02-2025
Bakının məşhur mağazasında partlayış: yaralananlar var
09:19 / 27-02-2025
Joze Mourinyonun alacağı cəza BƏLLİ OLDU
09:14 / 27-02-2025
Salih Müslim: Öcalanın çağırışına tabe olacağıq
09:00 / 27-02-2025
Daha Davamlı Kənd Təsərrüfatı Üçün Regenerativ Əkinçilik
22:13 / 26-02-2025
Dəniz Balıqçılığında Ağıllı Sensorlar və GPS İzləmə
21:45 / 26-02-2025
Sağlamlıq Faydaları Olan Yeni Şirniyyatlar
21:30 / 26-02-2025
Mini İstixanalar və Şaquli Fermerçilik
21:21 / 26-02-2025
Ağıllı Arıçılıq: İT dəstəkli Kovanlar
20:43 / 26-02-2025
Balıqçılıqda Blockchain Texnologiyası
20:30 / 26-02-2025
Pərviz Şahbazov: "OPEC plus"un son qərarı bazarda disbalansın qarşısını almaq məqsədi daşıyır"

Bölməyə aid digər xəbərlər
“OPEC plus”un son qərarı bazarda disbalansın qarşısını almaq məqsədi daşıyır və hasilat kvotalardan geri qaldığı üçün faktiki azalma tədarük artıqlığı ilə bağlı proqnoza uyğun, təxminən, 1 mln. barrel ətrafında olacaq.


Tarix: 12-10-2022, 17:33 Oxunub: 112
Bölməyə aid digər xəbərlər
1-10-2022, 17:10
İlham Əliyev Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
25-09-2022, 14:13
Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edib
16-06-2022, 18:35
Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB-3
13-04-2022, 14:41
Maliyyə Nazirliyi dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı
10-04-2022, 10:30
1-ci rübdə ölkədə elektrik enerjisi istehsalı artıb
2-03-2022, 23:07
Azərbaycan “OPEC plus”un qərarını dəstəklədi - AÇIQLAMA
6-02-2022, 09:33
2022-ci ilin neft bazarı daha cəlbedici olacaq - ŞƏRH
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
29-01-2022, 19:40
Azərbaycanda gələn ilin dövlət büdcəsinin hazırlanmasına başlanılır
29-01-2022, 16:52
Baş Nazir SƏRƏNCAM İMZALADI - SON DƏQİQƏ
30-09-2021, 23:09
2030-cu ildən sonra ABŞ-ın neft hasilatı yavaşlayacaq, OPEC -in payı təxminən 40% -ə qədər artacaq
18-08-2021, 11:31
İyul ayında ölkədə elektrik enerjisi istehsalı artıb
13-08-2021, 13:35
Azərbaycan iyulda gündəlik 606 min barrel xam neft hasil edib
18-07-2021, 22:51
Azərbaycan bu ilin sonunadək neft hasilatını hər ay artıracaq - FOTO
24-06-2021, 15:55
Karbohidrogen ehtiyatları nə vaxt tükənəcək? - ARAŞDIRMA
29-04-2021, 11:44
Azərbaycanın növbəti 3 ay üzrə hasilat öhdəlikləri təsdiqlənib
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
31-12-2020, 23:10
İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO