
Avropada təbii qazın birja qiymətlərində cüzi eniş qeydə alınıb.
“Sahibkartv.az” Londonun “ICE Futures” birjasına istinadən xəbər verir ki, qazın noyabr fyuçersləri günə 0,9 %-lik ucuzlaşma ilə başlayıb və min kubmetr üçün 1 560 ABŞ dollarından aşağı ticarət olunub. Sonra bir qədər yüksələn qiymət 1568,4 dollarda möhkəmlənib, bu isə dünən qeydə alınmış hesablaşma qiymətinə (min kubmetr üçün 1 572,5 dollar) nisbətən 0,3 % daha aşağıdır.




































