Bu barədə “Sahibkartv.az”a açıqlamasında Azərbaycan Qiymətləndiriclər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.
Onun sözlərinə görə, Bakıdan daşınmaz əmlak almaq istəyən xarici ölkə vətəndaşlarının sayı hər gün artır:
“Hər il sentyabrda mənzillərin kirayə və alqı-satqı qiymətləri artırdı. Sonradan isə müəyyən stabillik yaranır və ilin sonunda qiymətlərin əvvəlki vəziyyətə yaxınlaşdığını və ya sabit qaldığını müşahidə edirdik. Bu il fərqli vəziyyət oldu. Son 2-3 ildə Azərbaycanda daşınmaz əmlak bazarına təsir göstərən amillər təkcə tələb və təklif arasındakı elastiklik deyil, eyni zamanda ölkənin daxilində və xaricində baş verən proseslər oub. İndiyə qədər daşınmaz əmlak bazarında aktivlik İpoteka və Kredit Zəmanəti Fondu və ya digər qurumlar hansısa layihələri həyata keçirəndə yaranır və ya toy mərasimlərinin başlaması bazara təsir göstərirdi.
Son illər bu proses fərqli istiqamət üzrə cərəyan edib. İlk növbədə işğalda olan torpaqların azad edilməsi ilə Azərbaycan fərqli bir vəziyyətin təməlini qoydu. Ölkə iqtisadiyatına investisiyaların yatırılması ehtimalının artması və biznes aktivliyinin yaranması, pandemiya şəraitinin səngiməsi və bunun nəticəsində qeyri-yaşayış obyektlərində biznesin yenidən canlanması, toylara, kütləvi toplantılara qoyulan qadağaların aradan götürülməsi daşınmaz əmlak bazarında dinamikliyin artmasına səbəb oldu.
Eyni zamanda, Azərbaycan dünyanın maraq dairəsinə düşdü və artıq bir çox qonşu dövlətlərin vətəndaşları Azərbaycanda əmlak almaq fikrinə gəldilər. Məlumdur ki, müharibə şəraitində olan dövlətə maraq çox da böyük olmur. Amma Azərbaycanın öz gücünü ortaya qoyması daşınmaz əmlak bazarına da təsirini göstərdi”.
Vüqar OrucV.Oruc deyib ki, bu ilin əvvəlində baş verən geopolitik proseslər də Azərbaycanın daşınmaz əmlak bazarını canlandırıb:
“Rusiya-Ukrayna müharibəsi və bu müharibənin nəticəsində Ukraynadan on minlərlə insanın didərgin düşməsi, onların bir qisminin ölkəmizə üz tutması, ilin əvvəllərində bazara öz təsirini göstərdi. Xüsussən də kirayə seqmentində çox ciddi fəallıq yarandı və Bakıda kirayə qiymətləri indiyə qıədər görünməyən həddə artdı. Sonradan tədris ilinin başlaması nəticəsində Bakıda mənzillərə olan tələbat daha da yüksəldi. Bu, mənzillərin kirayə qiymətlərinin artmasına səbəb oldu. Bu ajiotaj aradan qalxdıqdan sonra bazarda müəyyən stabillik yaranacağını proqnozlaşdırırdıq. Amma bu zaman fors-major hadisə oldu. Rusiyada qismən səfərbərlik elan edildi. Bu isə birbaşa Azərbaycanın daşınmaz əmlak bazarına öz təsirini göstərdi. Bizim xeyli həmvətənimiz Rusiya biznesində iştirakçıdır. Onların Rusiyanın gələcək taleyi barədə düşüncələrində dəyişiklik oldu və investisiyaları öz ölkələrinə yatırmaq qərarı verdilər. Bu da bizim bazarda dinamikliyin yaranması üçün stimul oldu. Səfərbərlik çağırışından yayınmaq məqsədi güdən Rusiya vətəndaşları da ölkəmizə axın etdilər və bu da kirayə mənzil bazarında ilin əvvəllərində müşahidə edilən canlanmanın üçüncü dalğası oldu. Bu dalğalar nəticəsində kirayə mənzil bazarı son on beş ildə özünün ən böyük qiymət artımını yaşayır”.
V. Oruc ötən ay Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlərin illik müqayisədə 13-14 % artdığını deyib:
“Sentyabr ayından mənzil bazarında ən çox tələbat bir otaqlı mənzillərə olub. Çünki həmin mənzilləri iki otaqlıya çevirmək mümkündür. Həmin mənzillərin qiyməti çox ciddi artıb. Qiymət artımlarına görə növbəti sırada iki və üç otaqlı mənzillər gəlir. Rusiyada səfərbərliyin elan edilməsi nəticəsində bir otaqlı mənzillərin qiyməti 5,5-7 % civarında yüksəlib. Kirayə qiymətlərində bəzi yerlərdə hətta 10-12 %-dən çox artım olub. Əvvəllər bir otaqlı mənzillərin kirayəsi 500-550 manata idisə, indi 550-600 manat və daha çoxdur. İki otaqlı mənzillərin satış qiymətlərində 2,5-3 %, kirayə qiymətlərində 7-9 %, üç otaqlıların satış qiymətlərində 1-1,5 %, kirayə qiymətlərində isə 4-5 % artım olub.
Ən əsası budur ki, biz mənzil bazarında ekspozisiya dövrünün azalmasını müahidə edirik. Əvvəllər bazara bir mənzil təklif olunurdusa, onun realizə olunma dövrü təqribən 7-8 gün müəyyən edilirdi. İndi isə mənzillərin ekspozisiya dövrünün 2-2,5 dəfə azaldığı müəyyən edilib. Artıq tələbat güclü olduğu üçün mənzillərin elanı verilən kimi tez bir müddətdə onların alqı-satqısı baş berir".
Onun sözlərinə görə, qeyri-yaşayış sahələrinin də qiyməti ciddi formada artıb: "Bakı Şəhərsalma İdarəsinin göstərişi ilə müəyyən iaşə sektoruna aid obyektlərin binaların birinci mrətəbələrində yerləşməsi qeyri-qanuni elan edilib. Bu baxımdan sahibkarlar fərqli obyektlərin, yəni əhalinin yaşayış şərtlərinə mane olmayan obyektlərin axtarışına start verib. Bu da qiymətləri müəyyən qədər dəyişdirib”.
V. Oruc hesab edir ki, mənzillərin bahalaşma tendensiyası mərkəzdən kənarlara doğru dəyişir: "Hazırda mərkəzdə bahalaşma prosesi müşahidə etmirik. Əsasən mərkəzə yaxın və mərkəzdən kənar yerlərdə qiymət artımı var. “Xətai” rayonunda, xüsusilə də “Əhmədli” və “Həzi Aslanov” metrostansiyaları istiqamətində mənzillərin təklif qiymətləri keçən illə müqayisədə təqribən 20 % artıb. Bu indiyə qədər görünməyən artım səviyyəsidir. Bu qiymətlər əhalinin ciddi təşvişə düşməsinə və bu təşvişin də nəticəsində alqı-satqının daha da artmasına səbəb olub. Çünki belə proqnoz edilir ki, qiymət artımı bundan sonra da davam edəcək. Fors-major hadisələrin bundan sonra da baş verəcəyini ehtimal etmək olar. Dünyada artıq proqnozlaşdırılmayan hadisələri görürük. Bu proseslərin nəticəsində ölkəmizdə mənzil əldə etmək istəyən qonşu ölkələrin vətəndaşlarının sayı artıb”.
Milli Məclis Xanlar Vəliyevin yeni vəzifəsini təsdiqlədi - And içdi
12:17 / 11-04-2025
Azad olunan torpaqlar kimlərə pulsuz icarəyə veriləcək? - VİDEO
12:13 / 11-04-2025
Ağdərənin Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb
11:53 / 11-04-2025
İşdən çıxarılan universitet əməkdaşı damarını kəsdi
11:48 / 11-04-2025
İlham Əliyev Ersin Tatarla görüşdü - Fotolar
11:15 / 11-04-2025
İki stansiyanı birləşdirəcək yeni tunel - Tikinti 11 ay çəkəcək
10:50 / 11-04-2025
Bu küçəyə İrəvaninin adı verildi - Fotolar
10:03 / 11-04-2025
Hərbçilərimiz Moskvada 9 May paradında iştirak edəcəklər
09:52 / 11-04-2025
Azərbaycan güləşçisi erməni ilə qarşılaşacaq - SİYAHI
09:46 / 11-04-2025
“Biz sadəcə Ukraynanı məhv etdik”: Taker Karlsondan qalmaqallı açıqlama
09:42 / 11-04-2025
Türk dövlətində HƏYƏCAN TƏBİLİ - Bioloji hücuma məruz qaldı
09:37 / 11-04-2025
Mövqelərimiz Tovuzqala istiqamətindən atəşə tutulub
09:32 / 11-04-2025
İndoneziyada kokos qabığından biokömür istehsalına başlanıldı
22:14 / 10-04-2025
İngiltərədə gənclər üçün sosial sahibkarlıq fondu yaradıldı
21:42 / 10-04-2025
Ailə təsərrüfatları “mini pendir fabrikləri”nə çevrilir
21:30 / 10-04-2025
Uşaqlar üçün kənd təsərrüfatı düşərgələri populyarlaşır
21:21 / 10-04-2025
Kənd mədəniyyəti və sahibkarlıq festivalı keçirilir
20:44 / 10-04-2025
Çində kənd məktəbləri üçün AI əsaslı tədris platforması hazırlanıb
20:30 / 10-04-2025
Norveçdə məktəblərdə iqlim sahibkarlığı tədris olunur
20:25 / 10-04-2025
Almaniyada süni intellekt həkimləri təkmilləşdirir
19:49 / 10-04-2025
Yerli toxum bazarı kənd iqtisadiyyatını gücləndirir
19:30 / 10-04-2025
Kənd qadınları üçün pulsuz biznes akseleratoru istifadəyə verildi
19:19 / 10-04-2025
Gənc dizayner plastik tullantılardan geyim brendi qurdu
18:52 / 10-04-2025
ABŞ-da tibb tələbələri üçün innovasiya inkubatoru fəaliyyətə başladı
18:30 / 10-04-2025
Yaşlılar üçün texnoloji sahibkarlıq kursları keçirilir
18:20 / 10-04-2025
Bakının daşınmaz əmlak bazarı yeni geosiyasi vəziyyətdə necə dəyişib?
Bölməyə aid digər xəbərlər
Bu il geopolitik sferada baş verən proseslər Bakının daşınmaz əmlak bazarında qeyri-ənənəvi mənzərələr yaradıb.
Tarix: 11-10-2022, 16:54 Oxunub: 303
Bölməyə aid digər xəbərlər
20-09-2022, 19:35
Bakıdan çıxmadan xaricdə daşınmaz əmlak almaq mümkündürmü?
1-08-2022, 09:02
Qarabağda bərpa-quruculuq işlərinin genişlənməsi daşınmaz əmlak bazarına necə təsir edəcək?
21-07-2022, 16:30
İnzibati Prosessual Məcəlləyə yeni fəsil əlavə edilib
16-06-2022, 18:35
Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB-3
25-05-2022, 20:38
Əhali aldığı mənzilə görə ödədiyi ƏDV-nin 30%-ni geri ala biləcək
8-02-2022, 18:22
Azərbaycanda jurnalistlər güzəştli ipoteka əldə edə biləcəklər
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
18-01-2022, 13:58
İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışında iştirak edib - YENİLƏNİB + FOTO
17-01-2022, 18:58
Əmlak bazarında qiymətlər tarix yazır: Hansı mənzilləri daha ucuz əldə etmək olar? - ŞƏRH
8-01-2022, 15:18
Bu il Bakıda evlərin qiyməti artacaq? - AÇIQLAMA
27-04-2021, 10:05
Azərbaycanın iri bankı bir sıra planlarını açıqladı
31-12-2020, 23:10
İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
1-12-2020, 12:30
Azərbaycanda sahibkarlıq sürətlə inkişaf edir
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO