Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanın düyü məhsullarının idxal və satış bazarında araşdırma aparılıb

Baxış: 428

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti düyü məhsullarının idxalı və satışı bazarının 80%-ni təşkil edən əsas 9 təsərrüfat subyeki – "Veysəloğlu", "Tamashaee Foods", "QİDA XXI", "Best-Tarım", "Babək", "Xudafərin-1", "Elsaan Group", "AL market" və "Sun Food" MMC-lər barədə araşdırma aparıb.

"Sahibkartv.az" quruma istinadən xəbər verir ki, məqsəd Nazirlər Kabinetinin "Antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" 21 fevral 2022-ci il tarixli sərəncamı çərçivəsində antiinhisar qanunvericiliyinin tələblərinə dair pozuntuların olub-olmadığını aşkarlamaq olub.
Düyü bazarının əsas idxalçılarının təqdim etdiyi məlumatlara əsasən, iqtisadi nəzəriyyə çərçivəsində, empirik metodlar ilə aparılan ətraflı təhlil nəticəsində bazarda düyü məhsullarının satış qiymətlərinin iqtisadi qanunauyğunluq əsasında formalaşdığı, antiinhisar qanunvericiliyinin tələblərinə zidd iqtisadi davranışların olmadığı müəyyən edilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.