Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Hadrut” qovşaq yarımstansiyasının potensialı açıqlanıb

Baxış: 329


“Hadrut” yarımstansiyasının əvəzində tikiləcək eyni adlı, müasir tipli qovşaq yarımstansiyası Xocavənd rayonunun bir hissəsinin, eləcə də Şuşa şəhəri və ətraf ərazilərin elektrik təchizatının etibarlılığını və dayanıqlılığını təmin edəcək.
"Sahibkartv.az"ın Hadruta ezam olunmuş müxbiri xəbər verir ki, bunu "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmməzadə bildirib.
Onun sözlərinə görə, yeni yarımstansiya işğaldan azad edilmiş bir sıra regionların şəbəkəsini özündə birləşdirdiyi üçün qovşaq yarımstansiya adlanır: "Şükürbəyli”, “Hadrut” və “Şuşa” yarımstansiyaları arasında yaradılmış 35 kV-luq dairəvi elektrik təchizat sxeminə daxil olan 35/0,4 kV-luq 2x1600 kVA gücündə yeni “Hadrut” qovşaq yarımstansiyası Hadrut qəsəbəsində qurulacaq müxtəlif təyinatlı infrastrukturun elektrik enerjisinə olan tələbatını qarşılayacaq. Yarımstansiyada Rəqəmsal Elektrik Şəbəkələrinin İdarəolunması Mərkəzinin yaradılması elektrik enerjisinin paylanması prosesinə fasiləsiz nəzarətin təmin edilməsinə, enerji səmərəliliyinə, elektrik enerjisinin fasiləsizliyinə və keyfiyyətinin artırılmasına zəmin yaradacaq. Zərurət yaranarsa, Hadrut qovşaq yarımstansiyası vasitəsilə Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını da elektrik enerjisi ilə təchiz etmək mümkün olacaq".
"Azərişıq" rəsmisi əlavə edib ki, 44 günlük Vətən müharibəsindən sonra "Hadrut" yarımstansiyasında aparılmış yenidənqurma və bərpa işlərilə əlaqədar Şuşa şəhərinə qısa müddətdə - 37 günə elektrik enerjisi vermək mümkün olub.
Xocavənd rayonunun Hadrut qəsəbəsində tikintisi davam edən “Hadrut” qovşaq yarımstansiyasının təməlini ötən il oktyabrın 9-da Prezident İlham Əliyev qoyub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.