Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İlham Əliyev: "Növbəti illərdə biz Avropaya qaz ixracını ən azı iki dəfə artırmağı planlaşdırırıq"

Baxış: 217
Biz öz enerji layihələrimizi uzun illərdir icra edirik. Sadəcə olaraq, dünyada indiki geosiyasi vəziyyət bizim resurslarımıza tələbatı kəskin artırıb. Tale belə gətirdi ki, bizim bütün layihələrimiz hazır olan vaxtda Avropada qaza olan tələbat daha da artdı.
"Sahibkartv.az" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində bildirib.
Dövlətimizin başçısı deyib ki, biz bu il Avropaya qaz ixracını təxminən 30-40 faiz artıracağıq. Bu, böyük sərmayə tələb edir: “Biz buna getməyə hazırıq və gedirik. Avropa İttifaqı ilə imzalanmış memoranduma əsasən növbəti illərdə biz Avropaya qaz ixracını ən azı iki dəfə artırmağı planlaşdırırıq”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.