Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Baş nazir: "Xəzəryanı dövlətlərin enerji əməkdaşlığını artırmaq üçün imkanı var"

Baxış: 234


Əli Əsədov
Xəzəryanı dövlətlərin enerji sahəsində əməkdaşlığı artırmaq üçün böyük imkanları var.
"Sahibkartv.az" Nazirlər Kabinetinə istinadən xəbər verir ki, bunu Baş Nazir Əli Əsədov Rusiyanın paytaxtı Moskvada keçirilən 2-ci Xəzər İqtisadi Forumunda bildirib.
O, Xəzərin Azərbaycan sektorunda karbohidrogen hasilatının uğurla həyata keçirildiyini qeyd edərək bu prosesdə Rusiya və İran şirkətlərinin də iştirak etdiyini bildirib.
Baş nazir Azərbaycan və Türkmənistan arasında Xəzər dənizindəki “Dostluq” karbohidrogen yatağının birgə kəşfiyyatı və işlənməsi üzrə əldə olunmuş razılığı da qeyd edib.
Ə.Əsədov diqqətə çatdırıb ki, Qazaxıstan və Türkmənistan öz enerji resurslarının tranziti üçün Azərbaycanın nəqliyyat və boru kəməri infrastrukturundan istifadə edir.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.